Livanda son bir gündə hava hücumlarında 46 nəfər həlak olub
İsrailin Livanın Beyrut və Balbek şəhərlərinə, eləcə də cənubdakı Nabatim, Səidə və Tir əyalətlərinə endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində 40-dan çox şəxs ölüb.
Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bombardıman nəticəsində 46 nəfər həyatını itirib, daha 85 yerli sakin yaralanıb.
Vurğulanıb ki, şəhərin cənub ətrafı İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin birindən atılan üç qanadlı raketlə vurulub.