Livandan işğal olunmuş ərazilərin şimal sərhədinə idarə olunan raket atılıb
Xəbər mənbələri cümə axşamı gecə Livandan işğal olunmuş ərazilərin şimal sərhədinə idarə olunan raketin atıldığını bildirib.
İRNA-nın Əl-Cəzirə şəbəkəsinə istinadən verdiyi məlumata görə, sionist rejimin mənbələri bu idarə olunan raketin Livanın cənubundan işğal olunmuş Fələstinin şimalındakı Azurit qəsəbəsi istiqamətində atıldığını bildirib.
Son günlər Livan Hizbullahı sionist rejimin Qəzza zolağında törətdiyi dəhşətli cinayətlər və bu şəhərdə çoxlu sayda fələstinlinin qanının tökülməsinin ardınca işğal olunmuş ərazilərin şimalında bu rejimin hərbi mövqelərini hədəfə alıb.
Son günlər İsrail ordusu Livanın sərhəd bölgələrini artilleriya hücumları ilə hədəfə alıb.
İndiyədək on minlərlə sionist müqavimət hücumlarından qorxaraq Livanın sərhəd şəhərlərini tərk edib.