Livanın cənubunda Hizbullah və sionist rejim arasında şiddətli atışma baş verib

Livanın cənubunda Hizbullah və sionist rejim arasında şiddətli atışma baş verib

İsrail qırıcılarının Livanın cənubunda yaşayış evinə hücumları və 4 mülki vətəndaşın şəhid olmasından sonra Hizbullah qüvvələri sionistlərin mövqelərini darmadağın edib.

Əl-Məyadin xəbər kanalı bildirib ki, sionist rejim Livanın cənubunda yerləşən “Eytoron” qəsəbəsinin artilleriya hücumu ilə hədəfə alıb.

Livan Hizbullahı həmçinin İsrailin Ərəb Əl-Əraməşə şəhərində sionist rejim ordusuna aid hərbi hədəfi hədəfə alıb.

Livan müqavimət qüvvələri idarə olunan raketlə “Xirbə Məər” qərargahı ətrafında İsrail ordusunun hərbi hədəfini hədəfə alıb.

Bir saat əvvəl sionist döyüşçülər Ən-Nəbatiyyə əyalətinin (Cənubi Livan) Beyt Lif şəhərində yaşayış evini bombalayıblar.

Bu hücumlarda indiyədək 4 mülki vətəndaş şəhid olub, 3 nəfər yaralanıb.

Əl-Cəzirə telekanalının müxbiri bu gün səhər xəbər verib ki, Livanın cənubundan işğal olunmuş Fələstinin şimalındakı işğal olunmuş Şəba tarlalarına – İsrail ordusunun bazalarına doğru ən azı 8 raket atılıb.

KİV-in məlumatına görə, işğalçı rejim qırıcıları bu gün səhər saatlarında Livanın cənubundakı Eytoron qəsəbəsi yaxınlığında hücuma keçib və Hizbullahın bu raket hücumu İsrail ordusunun cinayətinə cavab olaraq həyata keçirilib.

Hizbullah verdiyi açıqlamada Fələstin xalqına və müqavimətinə dəstək olaraq bu səhər Hunin qalası yaxınlığında İsrail düşmən əsgərlərinin toplandığı yerləri müvafiq silahlarla hədəfə aldığını vurğulayıb.

İsrail mediası Hizbullah qüvvələrinin sərhəd hücumlarına dair əlavə məlumatlarda Livandan atılan bir sıra raketlərin Hermon təpələrinə düşdüyünü bildirib.

İsrail ordusu Qəzzaya qarşı müharibənin 112-ci günündə müharibənin başladığı 7 oktyabrdan bu yana yaralı zabit və əsgərlərin sayının 2748-ə, qurudan hücumun başladığı gündən isə 1258-ə çatdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + nine =