Livanın qonşu şəhərlərindən 27 min sionist məntəqəni tərk edib

Livanın qonşu şəhərlərindən 27 min sionist məntəqəni tərk edib

Sionist mənbələr bildiriblər ki, indiyədək 27 min köçkün işğal olunmuş Fələstin və Livan sərhədlərində yerləşən 28 yaşayış məntəqəsini tərk edib.

Livan Hizbullah hərəkatının işğal olunmuş Fələstinin şimalına raket hücumlarından sonra sionistlər itki qorxusundan sərhədyanı qəsəbələri boşaldırlar.

Sionist mənbələr bildiriblər ki, indiyədək 27 min mühacir işğal olunmuş Fələstin və Livan sərhədlərində yerləşən 28 yaşayış məntəqəsini tərk edib.

Sionist müxbir Nir Debori də xəbər verib ki, İsrail yaşayış məntəqələrinin sakinləri öz vəsaitləri hesabına və Əl-Cəlilull-Əla Regional Şurasının köməyi ilə evlərini boşaltmaqdadırlar.

Bir neçə saat əvvəl Fələstinin Şahab xəbər agentliyi İsrail mənbələrinə istinadən xəbər verib ki, sionist mühacirlər Kiryat Şmonanı boşaldırlar.

Bu məsələylə bağlı olaraq sərhədyanı “Marqalyot” şəhərciyinin rəhbəri belə deyib:

Hizbullah bizimlə istədiyini edir. Yaşayış məntəqələrini boşaldırıq, lakin sərhədin o biri tərəfində həyat normal şəkildə davam edir.

Livanın Hizbullah hərəkatı bu cümə günü günortadan sonra sionist rejimin Şəba tarlaları və Kəfr Şuba yüksəkliklərindəki mövqelərini hədəfə aldığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 19 =