Livanlı gənc sionist snayper tərəfindən şəhid edilib

Livanlı gənc sionist snayper tərəfindən şəhid edilib

Livan mənbələri bu ölkədə sionist snayper tərəfindən vurulan gənc mülki vətəndaşın şəhid olması xəbərini verib.

Kəfr Kəla şəhəri yaxınlığında bir gənc livanlı mülki şəxs sionist snayper tərəfindən güllələnib.

Əl-Məyadin bu xəbəri elan etməklə sionist snayperin gəncin avtomobilini Kəfr Kəla şəhəri ətrafında hədəfə aldığını və nəticədə onun şəhid olmasına səbəb olduğunu bildirib.

Çərşənbə axşamı (dünən) Hizbullah hərəkatı və Livan xalqı sionist ordusunun hücumunda şəhid olan bu hərəkatın döyüşçülərindən beşini dəfn etdilər.

Digər tərəfdən, Hizbullah hərəkatı Ştula, Şumirə və işğal altındakı Tərbixa kəndi səmasında sionist rejimin iki hərbi helikopterini yer-hava raketi ilə hədəfə aldığını və onları bu bölgənin səmasını tərk etməyə məcbur etdiyini elan edib.

Livan İslami Müqaviməti də “Xərbə Mair” bölgəsində İsrail tanklarının yerləşdiyi yerlərə raketlərlə və “Bərkə Rişa” hərbi qərargahı ətrafında bir qrup İsrail piyada qüvvələrinə uyğun silahlarla hücum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =