Livanlı həkim “peycer əməliyyatın”dan DANIŞDI: “Bu qədər göz çıxarmamışdım”

Livanlı həkim “peycer əməliyyatın”dan DANIŞDI: “Bu qədər göz çıxarmamışdım”

Xəbər verdiyimiz kimi, sentyabrın 17-də Livanda rabitə qurğularında kütləvi partlayışlar baş verib. Son məlumatlara görə, baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. 

Beyrut xəstəxanasının oftalmoloqu Elias Varra hadisəni kabus adlandırıb.

Onun sözlərinə görə, şöbəsinə qəbul edilənlərin təxminən 70%-nin son 24 saat ərzində ən azı bir gözü çıxarılıb.

Həkim qeyd edib ki, hər iki gözün çıxarılması lazım gələn xəstələr də var:

“Bu məni öldürür. 25 illik təcrübəmdə heç vaxt dünənki qədər göz çıxartmamışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =