Livanlı nazir Ənsarullahı təriflədi

Livanlı nazir Ənsarullahı təriflədi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda Nəcib Miqati hökumətində informasiya naziri seçilən Livanın tanınmış media fəalı və jurnalisti Corc Qardahi məşhur “Xalq parlamenti” adlı televiziya proqramında açıq şəkildə Yəmənə təcavüzün dayandırılmasının vacibliyini vurğulayıb.

O, Yəməndəki hadisələri necə qiymətləndirirsiniz sualına, “Yəmənə qarşı səkkiz ildir davam edən vəhşi təcavüzə son qoyulmalıdır. Yəmənlilərin gördükləri iş, onların qanuni olaraq özlərini müdafiə etmək hüququdur və mən Yəmən xalqının bu təcavüz qarşısındakı müqavimətinə hörmətlə yanaşıram”, deyə cavab verib.

Livanın informasiya naziri daha sonra bildirib ki, Yəmən Ənsarullahı özünü və vətənini müdafiə edir. Ənsarullah hər hansı bir yerə təcavüz edibmi?

Sözügedən televiziya proqramda parlamentin spikeri rolunda iştirak edən aparıcı isə soruşub: “Elə isə Səudiyyə Ərəbistanı ərazisinə hücum edən Yəmən pilotsuz təyyarələri nədir?”

Bunu izah edən Qardahi Ənsarullahın özünü müdafiə etdiyini bildirib. O, bildirib ki, Yəmənə və onun xalqına vurulan zərərin miqdarına baxırsınız? Onlar öz torpaqlarının heç bir yerində, hətta yas və toylarda belə təhlükəsiz deyillər. Koalisiya qırıcıları onları daim bombalayır. Bu müharibənin dayanmasının vaxtı çatıb və bu müharibə Səudiyyə və Ərəb Əmirliklərinin açıq təcavüzüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − seventeen =