Liviyada qasırğa nəticəsində itkinlərin sayı 10 minə çatıb
Liviyada “Daniel” qasırğası nəticəsində itkinlərin sayı 10 minə çatıb.
“Report” xəbər verir ki, onların axtarışı davam etdirilir.
Daha əvvəl bu rəqəm 7 min idi.
Qeyd edək ki, təbii fəlakət nəticəsində azı 3 min insan həlak olub.
Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran “Daniel” siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.
Report.az