Lloyd Austin Rustem Umerov ilə görüşüb

Lloyd Austin Rustem Umerov ilə görüşüb

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerov ilə keçirdiyi görüşdə ölkəsinin Ukraynaya dəstək verməyə davam edəcəyini bildirib. ABŞ Müdafiə Nazirliyindən verilən bəyanata görə, Ostin və Umerov Pentaqonda görüşüblər.
Görüş zamanı Ostin Ukraynanın ehtiyaclarını ödəmək üçün davam edən səylər haqqında məlumat verib.
Tərəflər həmçinin ABŞ-ın Ukraynaya əsasən hava hücumundan müdafiə və artilleriya sursatlarından ibarət 175 milyon dollarlıq yeni əlavə hərbi yardım paketini elan etməsini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 1 =