Lloyd Austin xəstəxanadan evə buraxıldı
ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.
Bu barədə Pentaqon məlumat yayıb. Məlumatda qeyd edilib ki, hələlik o, evdən işləyəcək.
Qeyd edək ki, 2023-cü ilin dekabrında həkimlər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoyublar, o, əməliyyat olunub. Yanvarın əvvəlində Pentaqon rəhbəri səhhətində ağırlaşmalara görə xəstəxanaya yerləşdirilmişdi.