Məktəb ləvazimatları BAHALAŞIB – QİYMƏTLƏR

Məktəb ləvazimatları BAHALAŞIB – QİYMƏTLƏR

Azərbaycanda təhsil ocaqlarının açılmasına bir aydan da az müddət qalıb. Hazırda valideynlər öz övladları üçün münasib qiymətə məktəb ləvazimatları almağa çalışırlar.

BAKU.WS xəbər verir ki, mağazalarda ləvazimatlar bol olsa qiymətlərdə nisbətən bahalaşma müşahidə olunur.

Qiymətlərdə artım müşahidə olunan ləvazimatlar dəftərlər və kitablardır. Buna səbəb həmin məhsulların Rusiya və Ukraynadan gəlməsidir. Qiymət artımı əsasən 15-20 faizdir.

Hazırda mağazalarda qələmlər 20 qəpik – 1.50 manat arasında dəyişir. Dəftərlər isə vərəq sayına görə 20 qəpik- 2.50 manata satılır.

Eyni zamanda pozanlar 20 qəpik -1.50 manat, xətkeş 50 qəpik -1.60 manat, sadə karandaş 20 qəpik, rəngli karandaş 50 qəpik -5 manat, su qabları 15-30 manat, çantalar 25-60 manat arasında təklif olunur.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 16 =