Mərakeşdə zəlzələdə ölənlərin sayı 2500-ə çatır
![Mərakeşdə zəlzələdə ölənlərin sayı 2500-ə çatır](https://sizinyol.org/wp-content/uploads/2023/09/7-8.jpg)
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatır.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2497 nəfər ölüb.
Təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.
Xatırladaq ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Report.az