“Mərzhaye Aşeqi” adlı sənədli serialın rəsmi təqdimatı olacaq

“Mərzhaye Aşeqi” adlı sənədli serialın rəsmi  təqdimatı olacaq

“Müqavimət və Hərəm Müdafiəçiləri” Beynəlxalq Konfrans 29 iyun 2024-cü il müqəddəs Məhşhəd şəhərində öz işinə başlayacaq və “Mərzhaye Aşeqi” (Eşq sərhədləri) adlı sənədli serialın təqdimat mərasimi keçiriləcək.

Mehra İnformasiya Agentliyinin məlumatına əsasən, “Müqavimət və Hərəm Müdafiəçiləri” Beynəlxalq Konfransın  katibi höccətül islam Şirazi deyib: Konqresin bədii komitəsi 27 filmə redaktorluq edib. Hərəm müdafiəçilərini şəhidlərinə həsr olunmuş “Mərzhaye Aşeqi” serialı bir çox kino kanallarında yayımlanmasına baxmayaraq bu serialın rəsmi təqdimatı şənbə günü konqresdə rəsmi surətdə təqdim olunacaq. Həmçinin şəhid general Qasim Süleymani haqqında filmin 15 bölümü çəkilib və 15 audio kitab hazırlanıb.

Höccətül islam Şirazi həmçinin iyunun 29-u şənbə günü İmam Rzanın (ə) hərəmində təşkil olunacaq konqresdə 7 ölkənin nümayəndələrinin də iştirakı gözlənilir və konqresə 5 mindən çox şəhid ailəsi dəvət olunub.

Məlumata görə bu konqreslə yanaşı 2 çap kitab sərgisinin də keçiriləcək.

Höccətül islam Şirazi həmçinind deyib: konqresin nəzərdə tutulduğu tarixdə günüral Qasim Süleymani ilkin çıxışı olmalı, Əbu Mühəndisin də iştirakı olmalı idi. Əziz dostlar konqres tarixindən öncə şəhid oldu və dostların şəhadətindən sonra ilkin çıxış Ayətullah Rəisinin olmasına qərar verildi. Amma o da şəhidlərə qoşuldu.

Şirazi daha sonra vurğulayıb: Bütün bunları nəzərə alaraq təxirə düşmüş konqres Ali Rəhbərin bəyanatlarından və Seyid Həsən Nəsrullahın videomesajla öz işinə başlayacaq.

O, çıxışının sonunda deyib: General Süleymani şəhadətindən əvvəl bu konqresə 300 milyon tümən ( təxminə 5 min dollar (tərcüməçi)) vəsait ayırmışdı. Amma o, şəhid olduqdan sonra bu qurultayın büdcəsi tamamilə xalqın hesabına və çap olunmuş kitabların satışından maliyyələşdirilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =