Macarıstanda Almaniyanın ən son model piyada döyüş maşını istehsal ediləcək

Macarıstanda Almaniyanın ən son model piyada döyüş maşını istehsal ediləcək

Almaniyanın “Rheinmetall” müdafiə konserni Macarıstanın cənub-qərbində yerləşən Zalaeqerszeq şəhərində “Lynx” ən son model piyada döyüş maşınlarının (PDM), digər tırtıllı və təkərli maşınların istehsalı üçün yeni zavodu işə salıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Müqaviləyə əsasən zavodda Macarıstanın Silahlı Qüvvələri üçün 209 ədəd “Lynx” BMP istehsal ediləcək. “Rheinmetall”, həmçinin zirehli avtomobil sürücülərinin hazırlanması və ehtiyat hissələrinin təchizatını da öz üzərinə götürəcək.

“Lynx” PDM maşını müasir texnologiyalardan istifadə etməklə hazırlanıb. PDM üç heyət üzvü və doqquza qədər desant da daxil olmaqla 12 nəfəri daşıyır. “KF31” piyadaların döyüş maşını kimi konfiqurasiya edilmiş “Lynx” 14 iyun 2016-cı ildə “Eurosatory” müdafiə sərgisində ictimaiyyətə təqdim edilib. KF41 variantı 12 iyun 2018-ci ildə nümayiş olunub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 18 =