Madaqaskarda stadionun qarşısında izdiham zamanı 12 nəfər həlak olub

Madaqaskarda stadionun qarşısında izdiham zamanı 12 nəfər həlak olub

Madaqaskarın paytaxtı Antananarivu şəhərində stadionun girişində yaranan izdihamda azı 12 nəfər ölüb, 80 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Hadisə Mahamasina stadionunda təxminən 50 min insanın toplaşdığı Hind Okeanı Adaları Oyunlarının açılış mərasimindən əvvəl baş verib.

İzdihamın səbəbi hələ müəyyən edilməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + one =