Maduro: Rusiyanın “Sputnik V” peyvəndinin effektivliyi 100% -dir
“Fars” Xəbər Agentliyinin verdiyi məlumata görə, Venesuela Prezidenti bazar ertəsi Rusiya istehsalı olan “Sputnik V” koronavirus peyvəndinin klinik sınaqlarının 100% təsirli olduğunu söyləyib.
Venesuela Prezidenti Nikolas Maduro bildirib: “Biz Venesuelada sınaqlaq keçirdik və bu peyvəndin 100% effektiv olduğu sübuta yetdi”
O, çıxışında Venesuelada Rusiya peyvəndi istifadə edildikdən sonra ciddi yan təsirlərin qeydə alınmadığını da söyləyib.
Xatırladaq ki, Sputnik peyvəndi artıq Rusiya, Belarusiya, BƏƏ, Argentina, Boliviya, Serbiya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay, Türkmənistan, Macarıstan, İran, Qvineya Respublikası və Tunis tərəfindən təsdiq edilib. Rusiya 11 Avqust 2020-ci ildə, Sputnik adlı koronavirusa qarşı bir peyvənd istehsal etdiyini elan edib.
Koronavirusa qarşı ilk peyvənd olan “Sputnik V”, Rusiya Səhiyyə Nazirliyinin Qamalia Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb. İki aydır dünyanın bir çox ölkəsi “Sputnik V” peyvəndinin istifadəsinə başlayıb.