Mahmud Abbas ABŞ-ı Qəzza ilə bağlı mövqeyinə görə sərt tənqid edib

Mahmud Abbas ABŞ-ı Qəzza ilə bağlı mövqeyinə görə sərt tənqid edib

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı bəyanatına veto qoyduğu üçün ABŞ-ı sərt tənqid edib.

Bu barədə Prezident Mahmud Abbasın Ofisi bəyanat yayıb.

Mahmud Abbas deyib ki, ABŞ dekabrın 8-də BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında dərhal atəşkəs tələb edən qətnaməyə veto qoyduqdan sonra Qəzza zolağında uşaqların qanının tökülməsinə görə məsuliyyət daşıyır.
“Prezident Amerikanın mövqeyini aqressiv və vicdansız, bütün humanitar prinsiplərin və dəyərlərin kobud şəkildə pozulması kimi səciyyələndirib. Qəzza zolağında fələstinli uşaq, qadın və qocaların qanının tökülməsinə görə ABŞ-ı məsuliyyət daşıyır”, – deyə bəyanatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + thirteen =