Mahmud Abbasın Rusiyaya səfəri təxirə salınıb

Mahmud Abbasın Rusiyaya səfəri təxirə salınıb

Fələstin Prezidenti Mahmud Abbasın noyabrın 15-də Rusiyaya planlaşdırılan səfəri Fələstin tərəfinin xahişi ilə təxirə salınıb.

Bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə bildirib.

“Noyabrın 15-də səfər olmalı idi. Fələstin rəhbərliyinin xahişi ilə bu səfər təxirə salındı. Onlar bildirdilər ki, vəziyyət çox ağır olduğuna görə Prezident Abbas regionu tərk edə bilməz. Biz onlara dedik ki, təbii, bu halları başa düşürük”, – nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bu vəziyyət təkcə Fələstin liderinin Rusiya Federasiyasına təxirə salınmış səfərinə deyil, həm də onun başqa ölkələrə planlaşdırılan səfərlərinə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 18 =