Makron Durovun Parisə gəlmək planından xəbərsiz olduğunu bildirib
Fransa prezidenti Emmanuel Makron “Telegram”ın həmtəsisçisi Pavel Durovun Parisə gəlmək planından xəbəri olmadığını bildirib.
Makron bu haqda Serbiyalı həmkarı Aleksandar Vuçiçlə birgə mətbuat konfransında bildirib.
“Cənab Durovun Fransaya gəlişindən qətiyyən xəbərim yox idi. Mənim tərəfimdən hər hansı bir dəvətin olması barədə məlumat yalandır. Mən cənab Durovla nə ötən həftənin sonunda, nə də yaxın günlərdə görüşmək niyyətində deyildim”, – deyə o bildirib.
Fransa lideri, Durov haqda veriləcək qərara münasibət bildirməkdən boyun qaçıraraq “Hüquqi dövlətdə ədalət müstəqil şəkildə fəaliyyət göstərir” deyib.