Makron: Qəzzədə atəşkəs barədə Avropada fikir ayrılığı var
Fransa prezidenti dünya ictimaiyyətində Qəzzəyə atəşkəs tələbinin artdığını nəzərə alaraq Avropa ölkələrində bu xüsusda fikir ayrılığı olduğunu deyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Emmanuel Makron dünən (17 noyabr) deyib: Qəzzədə atəşkəs rejiminin bərqərar olunması məsələsi Avropa ölkələrində birmənalı qarşılanmır. Bunu istəməyənlər də var.
İsveçrədə səfərdə olan Fransa prezidenti “Avropadabu barədə yekdil fikir yoxdur” deyərək “Hücumların dərhal durdurulması və sonra da atəşkəs” tələb edib.
Bununla belə Avropa İttifaqı xarici siyasət məsələləri üzrə məmuru Cozep Borrell İsrailin Həmasın 7 oktyabr əməliyyatının cavabında təslim olmamasını istəyib və deyib ki, Tel Əviv özünü müdafiə etmək hüququ var. Amma bir dəhşətli işi daha dəhşətlisi ilə dəyişdirməyi əsaslandırmağa çalışmadan: Ötən həftələrdə minlərlə uşaq həlak olub – söyləyib.
Borrel həmçinin təəsüflə qeyd edib ki, Mən sizin dərdinizi dərk edirəm. Sizin qəzəbinizi başa düşürəm. Amma qəzəbə təslim olmamağınızı istəyirəm.