Makron Rusiyaya atəşkəs təklif edəcək

Makron Rusiyaya atəşkəs təklif edəcək

Fransa Rusiyaya Parisdə keçiriləcək Olimpiya Oyunları müddətində atəşkəs rejimini tətbiq etməyi təklif edəcək.

Bunu Fransa Prezidenti Emmanuel Makron vahid Ukrayna telemarafonunun aparıcılarına müsahibəsində deyib.

Rusiya idmançılarının neytral statusda iştirakı ilə bağlı sualı cavablandıran Makron qeyd edib ki, Fransa Olimpiya Oyunlarının təşkilatçısı kimi sülh siqnalı ilə ayaqlaşır və Beynəlxalq Olimpiya Komitəsinin qərarlarına əməl edir.

“İnstansiyalar qərara gəldi ki, Rusiya dövlət olaraq bu oyunlarda iştirak edə bilməz, lakin idmançılar ağ bayraq altında çıxış edə və yarışlarda iştirak edə bilərlər”, deyə Makron qeyd edib.

Daha sonra ukraynalı jurnalist fransalı liderə “Belə olan halda siz Rusiyadan Olimpiya Oyunları zamanı atəşi dayandırmağı tələb etməlisiniz” deyib.

“Bəli, biz Rusiyadan bunu istəyəcəyik”, deyə Makron cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + three =