Makron və Qətər Əmiri Qəzzadakı vəziyyəti müzakirə edəcək

Makron və Qətər Əmiri Qəzzadakı vəziyyəti müzakirə edəcək

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Fransaya səfər edəcək.

“France 24” xəbər verir ki, bu barədə Fransa Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Al Tani fevralın 27-28-də Parisdə səfərdə olacaq. Məlumata görə, Emmanuel Makron və Şeyx Təmim bin Həməd Al Tani Qəzzada davam edən böhranı müzakirə edəcək.

İki liderin HAMAS tərəfindən saxlanılan israilli girovları azad etmək və müharibədən zərər çəkmiş Qəzza zolağı üçün davamlı atəşkəs razılaşması əldə etmək cəhdlərini bir daha bəyan edəcəyi bildirilib.

Qeyd edək ki, bu, son 15 ildə Qətərdən Fransaya ilk dövlət səfəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 4 =