Makrondan bəyanat: “Çox vacib bir anın astanasındayıq – Avropa İttifaqı məhv ola bilər”
“Yanlış iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi və tədricən Çin və ABŞ-dən geri qalması fonunda Avropa İttifaqı “məhv ola bilər”.
Bu sözləri Fransa prezidenti Emmanuel Makron “Bloomberg” agentliyinə verdiyi müsahibəsində Avropa İttifaqının (Aİ) perspektivlərini qiymətləndirərkən deyib.
“Aİ ölə bilər, biz çox vacib bir anın astanasındayıq”, – deyə o bildirib.
Fransa prezidenti qeyd edib ki, Avropa İttifaqı düzgün iqtisadi inkişaf modelinə malik deyil, çünki blok “həddən artıq tənzimləyir və az sərmayə qoyur”.
Makron əlavə edib ki, növbəti iki-üç il ərzində Aİ iqtisadiyyatda “klassik gündəmə” əməl etməyə davam edərsə, blok ABŞ və Çin qarşısında rəqabəti tamamilə uduzacaq.
Makron hesab edir ki, Vaşinqton və Pekin həm hasilatda, həm də sərmayədə Aİ-ni üstələyir və təcili tədbirlər görülməsə, Avropa digər ölkələrlə rəqabət apara bilməyəcək.