Malidə BMT konvoyu minaya düşüb, ölən və yaralananlar var
BMT sülhməramlı qüvvələrinin konvoyu Malidə minaya düşüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, mina partlayışı nəticəsində sülhməramlıların 2 əsgəri ölüb, 5-i isə ağır yaralanıb.
Dünyasını dəyişən əsgərlərin Misir vətəndaşları olduğu deyilir.
Report.az