Mask Baydenə səs verməyəcəyini bildirib

Mask Baydenə səs verməyəcəyini bildirib

Amerikalı milyarder İlon Mask 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində ABŞ Prezidenti Co Baydenə səs verməyəcəyini bildirib.

Bu barədə “New York Times“ qəzetinin təşkil etdiyi konfransda danışıb.

“Mən Baydenə səs verəcəyimi düşünmürəm”, – deyə o bildirib.

Bundan əvvəl NBC telekanalı amerikalıların əksəriyyətinin seçkilərdə keçmiş ABŞ prezidenti Donald Trampı dəstəkləyəcəyini bildirmişdi.

“The Independent” həmçinin, qeyd edib ki, Qəzza və Ukraynadakı münaqişələr Baydenin yenidən seçilməsi ilə bağlı suallar doğurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + 5 =