Mask yeni layihəsinin Yer kürəsində həyatı məhv olmaqdan xilas edə biləcəyini deyib

Mask yeni layihəsinin Yer kürəsində həyatı məhv olmaqdan xilas edə biləcəyini deyib

“SpaceX” şirkətinin sahibi İlon Mask hesab edir ki, “Starship” kosmik gəmisi insanlara başqa planetləri kəşf etməyə və onları Yer kürəsində yox olmaqdan xilas etməyə imkan verəcək.

“Ulduz gəmisi həyatı çox planetli edəcək və bürokratiya müdaxilə etməsə, onu Yer üzündə yox olmaqdan xilas edəcək”, – deyə o “X” hesabında bildirib.

Mask həmçinin hər il dövlət müdaxiləsinin getdikcə daha da sərtləşdiyini bildirərək “Bu belə davam edərsə, ABŞ-dakı bütün böyük layihələr qanunsuz olacaq”, – deyə buna əmin olduğunu deyib.

Qeyd edək ki, “Starship” Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanır. Gəminin universal olacağı və müxtəlif versiyalarda aşağı Yer orbitinə insanlı uçuşlar, peyklərin buraxılması və Aya, Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların yerinə yetirilməsi üçün istifadə oluna biləcəyi güman olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + fifteen =