“Matçın ölkəmizdə yayımlanmaması məni də üzdü”

“Matçın ölkəmizdə yayımlanmaması məni də üzdü”

“Qarabağ”ımızın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu”.

Bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl  UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə qarşılaşmadan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Tahir Gözəl bildirib ki, 2:0 hesabı böyük üstünlükdür: “Amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var. Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =