Mavritaniya təhlükəsizlik məsullarının sionist rejimin kəşfiyyatçıları ilə gizli görüşü

Mavritaniya təhlükəsizlik məsullarının sionist rejimin kəşfiyyatçıları ilə gizli görüşü

Mavritaniyada adının çəkilməsini istəməyən yerli mənbələr bu ölkənin bəzi təhlükəsizlik rəsmilərinin, o cümlədən, təhlükəsizlik rəhbərinin müşaviri Muxtar Voledin də adının hallandığını bildirib.

Onlar bu il Ramazan ayının son həftəsində sionist rejimin kəşfiyyatçıları ilə görüşüb dialoq aparıblar.

Muxtar Volid daha əvvəl bu ilin mart ayında Mavritaniyanın təhlükəsizlik üzrə baş direktoru, general-leytenant Masqar Volid Sidi tərəfindən yüksək səviyyəli təhlükəsizlik zabitləri arasında yeni transferlərin bir hissəsi kimi seçilmişdi.

Bu xəbərə əsasən, “Netanyahunun əsas xarici işlər naziri” və normallaşmanın əsas dəllalı kimi tanınan David Meidan sionist rejimin kəşfiyyatçıları arasında olub.

Bu görüş BƏƏ-nin rəhbəri Məhəmməd bin Zayid Ali-Nəhyanın etibarlı müşaviri Məhəmməd Dahlanın evində keçirilib.

Mavritaniya tərəfinin Əbu-Dabidəki “Əd-Diyar Mina” otelində görüşün keçirilməsinə razılıq verməməsinin səbəbi kimi Mavritaniya ictimai rəyi qarşısında bu xəbəri təkzib etmək imkanının mövcudluğu göstərilib.

Bu görüşdə İsrail tərəfi Şimali Afrikada Tel-Əvivin və Ağ Evin istədiyi nizamı pozan əsas amillər kimi İran, Rusiya və Çini tanıtmağa çalışıb.

Qeyd edək ki, 2009-cu ildən Mavritaniya ilə İsrail arasında əlaqələr kəsilib və BƏƏ bütün daxili resursları talamaqla yanaşı, ağır maliyyə yardımı ödəməklə Mavritaniyadakı sionist rejimlə münasibətləri normallaşdırma prosesini formalaşdırmağa çalışır.

Əslində Əbu-Dabi həmişə Fələstin idealını müdafiə edən Mavritaniya müsəlman xalqını iqtisadi cəhətdən asılı vəziyyətə salmaqla bu ölkənin gəncləri arasında yəhudi düşməninə qarşı mübarizə aparmaq və cihad ruhunu məhv etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + nineteen =