Mayın 10-da NATO müdafiə nazirlərinin iclası keçiriləcək
NATO mayın 10-da Brüsseldə alyansa daxil olan ölkələrin müdafiə nazirlərinin toplantısını keçirəcək. Qərar NATO ölkələri və İsveçin müdafiə idarələrinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı qəbul edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə alyansın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Vurğulanır ki, nazirlərin videokonfransı “NATO-nun kollektiv müdafiəsi çərçivəsində hərbi planlaşdırma üzrə davam edən işlərin müzakirəsinə” həsr olunub. Bu işlər NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq çərçivəsində həyata keçirilir.
Apa.az