Medvedev dünya liderlərini təhqir etdi: Nasist, “vəba birələri”…

Medvedev dünya liderlərini təhqir etdi: Nasist, “vəba birələri”…

Publika.az xəbər verir ki, bu fikri Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında bildirib.

Medvedev xatırladıb ki, ukraynalı siyasətçilər getdikcə daha çox Rusiyanın bütün sakinləri üçün cavabdehlik tələb edir, halbuki onları dəstəkləyən Qərb müttəfiqləridir.

“Buna görə də Bayden, Trudeau, Sunak, Şolts, Makron, Meloni, eləcə də Polşanın rəzil liderlərinə, vəhşiləşmiş Skandinaviya ölkələrinin, militarist Yaponiyanın, Avstraliya və Yeni Zelandiyanın marsupiallarına, Baltikyanı ölkələrin “vəba birələri”nə qarşı münasibət nasist koalisiyasına daxil olan ölkələrin liderlərinə münasibət kimi olmalıdır”, – o qeyd edib.

TŞ-nin sədr müavini həmçinin vurğulayıb ki, ruslar gələcəkdə Qərb liderləri ilə mümkün barışıq arzularından əl çəkməlidirlər.

 Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =