Medvedyev: Almaniya dövləti süqut edə bilər

Medvedyev: Almaniya dövləti süqut edə bilər

Rusiyanın eks-prezidenti Almaniyada kütləvi etirazların rəsmi Berlinin yanlış iqtisadi siyasətlərindən mənşələndiyini və bunun dövlət süqutu ilə nəticələnə biləcəyini deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Dmitri Medvedyev dünən (8 dekabr) Almaniyada cərəyan edən kütləvi xalq etirazlarına işarə edərək deyib ki, bu etirazlar kanslerə vəzifədən kənarlaşdırılması riski yaşadır.

Russia Today-in məlumatına görə Almaniyada dünəndən etibarən başlayan kütləvi etirazlar bu ölkədəki iqtisadi vəziyyətin gərginliyindən xəbər verir.

Hal-hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini daşıyan Dmitri Medvedyev X sosial media hesabında yazıb: Ukrayna üçün xərclədiyi astronomik xərclərə görə Berlin büdcə kəsiri ilə üzləşib. Berlin hal-hazırda Ukraynaya göndərdiyi silahlara çəkdiyi xərclərin altında əzilir və bu Şultsa hakimiyyətdən uzaqlaşmaq təhlükəsi yaşadır.

Qeyd edək ki, Almaniya 2 ilə yaxındır ki, Ukrayna müharibəsinin 50% silah xərclərində Kiyevə dəstəkdir. KL Beynəlxalq İqtisadiyyat İnstitutunun (İFW) məlumatına görə Almaniya Rusiya-Ukrayna müharibəsi başlandığı gündən Kiyevə 23 milyard dollar məbləğində yardım göstərib. Bu xərclərə ukraynalı qaçqınların yerləşdirilməsi və məişətinin təmini də aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 7 =