Meksikada DƏHŞƏT: Avtobus dərəyə aşdı, 18 nəfər öldü

Meksikada DƏHŞƏT: Avtobus dərəyə aşdı, 18 nəfər öldü

Meksikanın Nayarit ştatının Kompostela bələdiyyəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 18 nəfər ölüb, 33 nəfər yaralanıb.

Bu barədə BAKU.WS xarici mətbuata istinadən xəbər verir.

Ölən və yaralananlar arasında çoxlu sayda uşağın olduğu qeyd olunur.

Nayarit valisi Miguel Angel Navarro verdiyi açıqlamada qəza ilə bağlı araşdırmalara başlanıldığını və ilkin məlumata görə, qəzanın avtobusda mexaniki nasazlıq nəticəsində baş verdiyini bildirib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − four =