Mersində yanğın olub, dağıntılar altında qalanlar var, bir nəfər ölüb
Türkiyənin Mersin şəhərindəki mebel fabrikasında baş verən yanğına müdaxilə zamanı məkanın tavanı çöküb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir yanğınsöndürən həlak olub.
Bildirilib ki, daha dörd nəfərin dağıntılar altında qaldığı güman edilir. Axtarış-xilasetmə işləri davam edir.
Report.az