Miller: Rusiya ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı diplomatik səylərinə mane olmur

Miller: Rusiya ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı diplomatik səylərinə mane olmur

Rusiya heç bir halda ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasındakı diplomatik səylərinə mane olmur.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik”, – sözçü bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-də mümkün növbəti görüşünə gəlincə, Miller qeyd edib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =