Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.

“Report” xəbər verir ki, yarış sentyabrın 13-14-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Çempionatda Bakıdan və Mingəçevirdən 100-ə yaxın idmançı mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik uğrunda yarışacaqlar.

Qaliblər medal və diplomla mükafatlandırılacaqlar. Fərqlənən avarçəkənlər gələcəkdə yığmanın heyətinə cəlb olunmaqla yanaşı, oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaqlar.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =