Minlərlə nigeriyalı Fransa əleyhinə şüarlar səsləndirib

Minlərlə nigeriyalı Fransa əleyhinə şüarlar səsləndirib

Minlərlə nigeriyalı Parisin təzyiqi ilə Qərbi Afrika ölkələrinin Nigerə mümkün hərbi hücumuna qarşı çıxaraq Fransa əleyhinə şüarlar səsləndirib.

Minlərlə Niger xalqı bu gün (cümə) günortadan sonra Nigerin paytaxtı Niameydəki Fransa hərbi bazası qarşısına toplaşıb.

Nigeriyada etirazçılar Parisin dəstəyi ilə Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv ölkələrin mümkün hərbi müdaxiləsinə qarşı çıxaraq Fransa əleyhinə şüarlar səsləndiriblər.

AFP xəbər agentliyinin verdiyi məlumata görə, bu mitinqdə Fransa əleyhinə səsləndirilən şüarlar arasında “Dağılsın Fransa, Dağılsın ECOWAS” şüarı da olub.

İyulun 26-da Niger prezident qvardiyası ölkə prezidenti Məhəmməd Bazumu devirdi və onu ev dustaqlığına aldı.

Bazum hökumətinin devrilməsindən sonra Əbdürrəhman Teçyaninin rəhbərliyi altında Niger prezident qvardiyasının hərbi şura yaradıb və bu şura Fransanın sərt müqaviməti ilə üzləşib.

ECOWAS kimi tanınan Qərbi Afrika İqtisadi Birliyinə üzv ölkələr Fransanın təzyiqi altında Nigerə hərbi müdaxilə etmək qərarına gəliblər.

ECOWAS-a üzv dövlətlərin liderləri artıq Nigerdə demokratiyanın bərpası bəhanəsi ilə bəzi qüvvələrini hazır vəziyyətə gətiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 4 =