Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır

Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır

Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Biz təkcə Azərbaycanla deyil, Türkiyə ilə də bütün regional nəqliyyat infrastrukturunu açmağa hazırıq. Başa düşürük ki, bu layihə Şərqi Qərblə, Şimalı Cənubla birləşdirməyə kömək edəcək və əgər həyata keçirilsə, bu, Fars körfəzi ölkələrini Qara Dəniz İqtisadi regionu ilə birləşdirməyin daha bir maraqlı yolu olacaq. Bu konsepsiyaya görə, nəqliyyat infrastrukturunun açılması ölkələrin suverenliyinə tam hörmət və bərabərlik və qarşılıqlılıq prinsiplərinə uyğun olaraq baş verməlidir”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − one =