Mişellə Ərdoğan arasında görüşün təfərrüatları açıqlanıb

Mişellə Ərdoğan arasında görüşün təfərrüatları açıqlanıb

Avropa İtifaqı Şurasının rəhbəri Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti öncəsi Ankara ilə Aİ arasında münasibətləri müzakirə ediblər.

“Report” xəbər verir ki, Şarl Mişel görüş barədə tviter hesabında qeyd edib.

“NATO sammitində Ərdoğanla yaxşı görüş keçirdik. Biz əməkdaşlığımızı daha mənalı etmək və əlaqələrimizə yeni təkan vermək yollarını araşdırdıq”, – Mişel qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişellə görüşüb. Görüş Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində baş tutub. NATO sammiti iyulun 11-12 tarixlərində keçiriləcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 8 =