Misir Prezidenti fələstinlilərin hər hansı formada köçürülməsini rədd edib

Misir Prezidenti fələstinlilərin hər hansı formada köçürülməsini rədd edib

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə fələstinli həmkarı Mahmud Abbasla danışıqlar zamanı fələstinlilərin istənilə şəkildə köçürülməsini qəti şəkildə rədd etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi özünün feysbuk səhifəsində məlumat yayıb.

Əs-Sisi qeyd edib ki, ölkəsi hazırda Qəzzada atəşkəsin əldə edilməsi və humanitar yardımın dərhal çatdırılması üçün mühüm səylər göstərir və müxtəlif tərəflərlə bütün zəruri əlaqələri saxlayır.

M.Abbas öz növbəsində misirli həmkarına Fələstin məsələsinə verdiyi dəstəyə görə təşəkkür edib. Qeyd edək ki, o, əs-Sisinin dəvəti ilə bir gün əvvəl Qahirəyə gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + eleven =