Misir: Qəzzada fələstinlilərin köçürülməsinin qarşısını almaq üçün real səy görmürük

Misir: Qəzzada fələstinlilərin köçürülməsinin qarşısını almaq üçün real səy görmürük

Misirin Xarici İşlər naziri çərşənbə axşamı bildirib ki, biz Qəzzada fələstinlilərin köçürülməsinin qarşısını almaq üçün heç bir real səy görmürük.

Misirin Xarici İşlər naziri Sameh Əş-Şukri çərşənbə axşamı bildirib ki, atəşkəs Fələstin xalqının əziyyətini dayandırmaq üçün yeganə həll yoludur.

O, sözlərinə belə davam edib: “Biz Qəzzadan fələstinlilərin köçməsinin qarşısını almaq üçün heç bir real səy görmürük.”

“Qəzza zolağının 70 faizindən çoxunu əhatə edən dağıntılar dayandırılmalıdır.” – Əş-Şukri əlavə edib.

Misirin Xarici İşlər naziri deyib: “Biz diqqətimizi Qəzzada qarşıdurmaların dayandırılması və yardımların gəlməsi və köçün qarşısının alınmasına yönəltməliyik.”

HƏMAS hökumətinin Qəzzədəki informasiya ofisi elan edib ki, sionist rejim müharibənin doxsan beş günü ərzində 1944 qətl törədib, 30210 nəfər şəhid olub və itkin düşüb.

Şahab xəbər agentliyi bu büroya istinadən xəbər verir ki, sionistlərin hücumları zamanı 10 mindən çox uşaq və 7 min qadın şəhid olub. Bundan başqa, tibb işçilərinin şəhid sayı 326 nəfərə, mülki müdafiə şəhidlərinin sayı 45 nəfərə, jurnalist şəhidlərin sayı 112 nəfərə çatıb.

Bir neçə saat əvvəl Ramullahdakı Fələstin Səhiyyə naziri sionist rejimin Qəzza zolağına hücumlarında həlak olan 22 min 835 nəfərə işarə edərək, indiyədək Qəzzada hər 100 nəfərdən birinin şəhid olduğunu bildirib. Bu heyrətamiz itki sayı indiyədək mühasirədə olan Qəzza zolağının 2,27 milyon əhalisinin bir faizinin öldürülməsi deməkdir.

Nazirliyin məlumatına görə, İsrailin hücumları nəticəsində 58 min 416 nəfər yaralanıb ki, bu da hər 40 nəfərdən birinin müharibə yaralısı olması deməkdir. Səhiyyə Nazirliyinin statistikasına görə, Qəzzadakı HƏMAS rəsmiləri bu müharibədə ölənlərin sayının 23 mindən çox olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =