Misir: Sionist rejim ordusu ilə sərhəd münaqişəsini araşdırırıq

Misir: Sionist rejim ordusu ilə sərhəd münaqişəsini araşdırırıq

Misir ordusu bu gün (bazar ertəsi) Rəfah sərhəddində bu ölkənin qüvvələri ilə sionist rejim ordunun əsgərləri arasında atışma barədə bəyanat yayıb.

Misir ordusunun bəyanatında bildirilir: “Misir silahlı qüvvələri səlahiyyətli orqanlar vasitəsilə Rafah sərhəd bölgəsində baş verən atışma hadisəsini araşdırır.”

Misir ordusu həmçinin bu insidentdə  təhlükəsizlik qüvvələrindən bir nəfərin öldüyünü açıqlayıb.

Bu bəyanat sionist media mənbələrinin bu gün Misir ordusu qüvvələri ilə işğalçı rejim ordusu arasında Rəfah sərhəddində atışma barədə məlumat yaymasından sonra verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =