Misirdə beşmərtəbəli binanın çökməsi nəticəsində 9 nəfər ölüb

Misirdə beşmərtəbəli binanın çökməsi nəticəsində 9 nəfər ölüb

Misirin paytaxtı Qahirədə beşmərtəbəli yaşayış binası çöküb, nəticədə 9 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Misirin MENA xəbər agentliyi məlumat yayıb.

Bina şəhər mərkəzindən 3,2 kilometr məsafədə yerləşən Hadek əl Kubba məhəlləsində yerləşir. Hadisə nəticəsində 4 nəfər yaralanıb.

Qahirə şəhər qubernatorunun müavini Hossam Fozinin sözlərinə görə, hadisəyə səbəb birinci mərtəbədəki mənzilin kirayəçisi tərəfindən təmiri zamanı divarların bir hissəsinin çökməsi olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =