Misirdə polis bölməsinə hücum zamanı dörd nəfər ölüb
Misirdə məhbusların polis bölməsinə hücumu nəticəsində azı dörd təhlükəsizlik işçisi həlak olub.
APA xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik xidmətindəki iki mənbəyə istinadən məlumat yayıb.
Daha 6 nəfər xəsarət alıb. Ölənlər arasında polis polkovniki də var.
Agentliyin məlumatına görə, bir qrup məhbus Sinay yarımadasının şimalında yerləşən El Ariş şəhərinin mərkəzi polis idarəsində silah-sursat ələ keçirərək təhlükəsizlik əməkdaşlarına hücum edib.
Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.
Apa.az