Misirdə polis idarəsində yanğın olub, 38 nəfər yaralanıb

Misirdə polis idarəsində yanğın olub, 38 nəfər yaralanıb

Misirin İsmailiyyə şəhərində polis idarəsində baş verən yanğın nəticəsində azı 38 nəfər xəsarət alıb.

“Report” “Al-Youm as-Sabia”ya istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə oktyabrın 2-də gecə saatlarında baş verib. Hadisə yerinə 50 təcili tibbi yardım avtomobili göndərilib. Yanğın söndürülüb. Axtarış-xilasetmə əməliyyatı davam edir. Misir Silahlı Qüvvələri hadisə yerinə 2 təyyarə göndərib.

Yanğının səbəbi araşdırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − nine =