Modi niyə G20 liderlərinə pambıq şərflər hədiyyə edib?

Modi niyə G20 liderlərinə pambıq şərflər hədiyyə edib?

Hindistanın Baş naziri Narendra Modi bazar günü Yeni Dehlidə dünya liderlərinə əl ilə toxunmuş şərf hədiyyə edib. Ancaq bu, sıradan bir hədiyyə deyildi. Bu, ölkənin azadlıq hərəkatını qlobal səhnədə işıqlandırmaq məqsədi olan Hindistanın baş naziri üçün tarix və simvolizmlə zəngin bir hərəkət idi.

BAKU.WS “TRT Haber”ə istinadən xəbər verir ki, G20 liderləri Hindistanın müstəqilliyinin atası sayılan və 1948-ci ildə öldürülən Mohandas K. Qandinin Rajghat memorialına daxil olarkən boyunlarına əllə toxunmuş şərflər atıblar.

Sülhün və zorakılığın qlobal simvoluna çevrilən Qandi üçün pambıq şərflər özünə inamın simvolu idi.

Bu, hindlilər tərəfindən yerli olaraq hazırlana bilən, o dövrdə idxal olunan və ya Britaniya istehsalı olan məhsulları boykot etmək üçün hazırlanmış bir geyim əşyası idi.

Qandi tez-tez öz paltarlarını ölkənin siyasi və iqtisadi azadlığını simvolizə edən çarxa və ya iplik əyirmək üçün istifadə edilən alət ilə toxuyurdu.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 11 =