Moldova MDB ilə bağlı daha üç sazişi denonsasiya edib

Moldova MDB ilə bağlı daha üç sazişi denonsasiya edib

Moldova hökuməti MDB çərçivəsində imzalanan daha üç sazişin qüvvədən düşməsi barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, söhbət kiçik və orta sahibkarlığa dəstək və vahid təhsil məkanının formalaşdırılması, eləcə də, sərhəd qoşunların güzəştli şərtlərlə xüsusi texnikanın verilməsindən gedir. Moldova bu sazişləri Birlik çərçivəsində imzalayıb.

İqtisadiyyat naziri Dmitri Alayba hökumətin iclasında bildirib ki, kiçik və orta sahibkarlığa dəstək və vahid təhsil məkanının formalaşdırılması barədə saziş Moldovanın Avropa istiqamətində irəliləməsi ilə ziddiyyət təşkil edir. Təhsil naziri Anatoli Topale və DİN rəhbəri Anna Revenko isə hesab ediblər ki, təhsil və sərhəd barədə razılaşmalar aktuallığını itirib.

Qeyd edək ki, Moldovanın MDB-yə münasibəti Mayya Sandu 2020-ci il prezident seçiləndən sonra dəyişib. Prezident Birliyin iclaslarında bir dəfə də olsun iştirak etməyib. Son iki ayda parlament MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası haqqında Konvensiyanı denonsasiya etmək, nümayəndəsini geri çağırmaq barədə qərar qəbul edib. Moldova Birliklə bağlanmış bir sıra sazişlərdən, xüsusən də “Mir” televiziyasının fəaliyyəti ilə bağlı müqavilələrdən də çıxıb. Ümumilikdə, hökumətin məlumatına görə, Moldova Birlik çərçivəsində 330 saziş imzalayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − eleven =