Mövcud olmayan xəstəliklər üçün peyvənd hazırlanır – Bəşəriyyəti nə gözləyir?

Mövcud olmayan xəstəliklər üçün peyvənd hazırlanır – Bəşəriyyəti nə gözləyir?

Publika.az xəbər verir ki, bütün dünyaya təsir edən COVID-19 epidemiyasından sonra heyvanlardakı digər patogenlərin insanlara təsir etmək üçün təkamül edə biləcəyini düşünən tədqiqatçılar mümkün peyvəndlər üzərində işləyirlər.

Tədqiqat Böyük Britaniya hökumətinin Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) tərəfindən Uiltşirdəki yüksək mühafizəli Porton Daun laboratoriyasında aparılır.

Bildirilib ki, laboratoriyada çalışan 200 alim hələ insanlara təsir etməmiş heyvann viruslarına qarşı vaksinlər hazırlamağa çalışır.

UKHSA-nın Baş Professoru Dame Jenny Harries “Sky News”a deyib: “Burada etməyə çalışdığımız şey, yeni bir xəstəlik və ya yeni patogenlə rastlaşsaq, hazır olmaqdır. Mümkün qədər irəliləmək üçün çox çalışırıq. Ümid edirik ki, pandemiyanın qarşısını ala biləcəyik. Ancaq əngəlləyə bilməsək, onu məğlub etmək üçün peyvənd və müalicə üsulları üzərində işləməyə başladıq”.

Laboratoriyada quş qripi, meymun çiçəyi, hanta kimi viruslarla bağlı araşdırmaların aparıldığı da bildirilir.

“Sky News”-un mövzu ilə bağlı hesabatında elm adamlarının bu patogenlərə yeni funksiyalar verəcək araşdırmalar edilib-edilməməsi barədə heç bir məlumat verilməyib. Bəzi patogenlər üzərində tədqiqat yalnız viruslar insanlara yoluxduqdan sonra aparıla bilər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 5 =