Müəzzəm Rəhbər: “ Şəhid Süleymaninin ən mühüm rolu müqaviməti dirçəltmək olub”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahul Uzma Xamenei ötən gün (31 dekabr) Qüds Şəhidi General Süleymaninin ailəsi ilə görüşündə bu şəhidin günü-gündən ucalan ad-sanının, onun xatirəsinin yad edilməsi və bənzərsiz xüsusiyyətlərinin əsl xalis niyyətə sahib olması ilə bağlı olduğunu bildirərək buyurublar ki, “Bu uca məqamlı şəhidin ən mühüm rolu və xidməti bölgədə müqavimət cəbhəsinin dirçəlməsi olmuşdur.
Məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şəhid Süleymaninin şəhadətinin dördüncü ildönümü ərəfəsində keçirilən bu görüşdə Qəzzədə üç aya yaxındır ki, müqavimət və mübarizənin möhkəm dayanıqlığı Müqavimət cəbhəsinin varlığı səbəbi ilə bağlı olduğunu vurğulayaraq buyurublar ki, Şəhid Süleymani müqavimət cəbhəsini dirçəltmək üçün çox canfəşanlıq göstərib və bu yolu tam ixlas, tədbir və əxlaqla irəli aparıb.
Hz.Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar Qaaninin də xidmətlərini yüksək qiymətləndirərək əlavə ediblər ki, Müqavimət cəbhəsinin gücləndirilməsi istiqamətində səylər davam etdirilməlidir.
İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı və İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanının da işitak etdiyi bu görüşdə xanım Zeynəb Süleymani həyata keçirilən mədəni-ictimai fəaliyyətlər haqqında qısa məlumat vermiş və Şəhid Süleymaninin həmişəyaşar milli-mənəvi irsinin hər zaman gənc nəslə ötürülməsi yolunda yorulmaz səylərin göstəriləcəyini qeyd etmişdir.