Müdafiə naziri itkin düşüb

Müdafiə naziri itkin düşüb

Publika.az xəbər verir ki, nazir Li Şanfudan 15 gündür ki, xəbər yoxdur.

Nazir Li Şanfu haradadır?

Ölkə mətbuatı bu suala cavab axtarır. Li sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib. Çinli nazir bundan sonra heç bir tədbirə qatılmayıb və ictimaiyyət arasında görünməyib.

Məsələ ilə bağlı Pekin administrasiyasından hələlik rəsmi açıqlama verilməyib. 15 gündür xəbər alınmayan nazir Linin həbsdə ola biləcəyi iddia edilir.

Çinin müdafiə naziri Li Şanfu mart ayında müdafiə naziri təyin edilmişdi.

Sabiq xarici işlər nazirinin də harada olduğu məlum deyil. Linin qəfil yoxa çıxması ağıllara keçmiş xarici işlər naziri Çin Qanqı gətirib. Bir ay itkin kimi axtarılan Çin Qanq daha sonra nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Ölkənin keçmiş xarici işlər nazirinin harada olduğu və nə üçün işdən çıxarıldığı hələ də qaranlıq qalır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + thirteen =