Mühafizəçi 200 min dolları belə oğurladı
Tunisli bank rəhbərinin başına gələn iş dünyanın diqqət mərkəzindədir.
Lent.az xəbər verir ki, filialdan başqa yerə inkassator avtomobili ilə pul daşıyan bank rəhbəri yolüstü evdə işləyən santexnikə baş çəkmək istəyib. O, sürücü və mühafizəçini avtomobildə qoyaraq evə qalxıb və bir neçə dəqiqə sonra qayıdanda gözlərinə inanmayıb. Onların hər ikisi 200 min dolları götürüb aradan çıxıblar. Çarə polisə zəng etmək olub.
Hadisə yerinə gələn polis bank rəhbərini idarəyə aparıb. Bir neçə saat sonra sürücü də saxlanılıb. Məlum olub ki, mühafizəçi dəfələrlə həbsxanaya düşüb və barəsində 10 maddə ilə axtarış elan edilib.
Mühafizəçi axtarışa verilib, bankir və sürücü isə həbs olunub.
Lent.az